BAKI, 18 aprel. TELEQRAF

Daha bir kruiz layneri Hörmüz boğazı istiqamətində hərəkətə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi gəmilərin hərəkəti ilə bağlı məlumatlara əsasən xəbər yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 08:50-yə olan vəziyyətə əsasən, Almaniyanın "TUI Cruises" şirkətinə məxsus “Mein Schiff 4” kruiz gəmisi lövbər dayanacağından ayrılaraq Hörmüz boğazına doğru yola düşüb.

Bildirilib ki, daha əvvəl eyni şirkətə məxsus “Mein Schiff 5”, həmçinin “Celestyal Journey” və “MSC Euberia” gəmiləri də həmin istiqamətə üz tutub.

“Mein Schiff 4” gəmisinin marşrut sənədlərində onun marşrutun dəqiqləşdirilməsi üçün aralıq limana daxil olacağı qeyd olunub.

Beləliklə, Fars körfəzində yalnız bir iri kruiz gəmisi – Səudiyyə Ərəbistanı şirkətinə məxsus və Dammam limanında yerləşən “Aroya” sərnişin gəmisi qalıb.