BAKI, 18 aprel. TELEQRAF

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

Qalibaf Trampın İranla danışıqlar barədə səsləndirdiyi fikirləri yalan adlandırıb. O, həmçinin Hörmüz boğazının bağlı qaldığını qeyd edib və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanı hələ də aradan qaldırmadığını vurğulayıb.

Parlament sədri bildirib ki, boğazdan tranzit yalnız müəyyən edilmiş marşrut üzrə və “İranın icazəsi” ilə həyata keçiriləcək. Media müharibəsi və ictimai rəyin manipulyasiyası müasir qarşıdurmaların mühüm hissəsidir və İran xalqı bu cür təsirlərdən zərər görməyəcək.