BAKI, 18 aprel. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte ABŞ-nin Şimali Atlantika Alyansından çıxacağına inanmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə danışıb.
Rutte ABŞ-nin NATO-dan ayrılacağını düşünmədiyini qeyd edib. Bununla belə, o, ABŞ prezidenti Donald Trampın alyansın bəzi üzvlərindən məyus olduğunu inkar etməyib və bu narahatlığı müəyyən qədər bölüşdüyünü vurğulayıb.
"Hazırkı beynəlxalq vəziyyətdə alyans daxilində daha güclü Avropaya ehtiyac var. Bu kontekstdə Almaniyanı digər müttəfiqlər üçün nümunə ölkə kimi xüsusilə qeyd edə bilərəm".