BAKI, 3 aprel. TELEQRAF
Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının hərbi sözçüsü Yəhya Sərian Təl-Əvivdəki hədəflərə ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Yaffaya hücumlar etdiklərini bildirib.
Husilərin hərbi sözçüsü həmçinin Ənsar Allah hərəkatının bölgədəki müharibəyə müdaxiləsinin hazırkı mərhələsində dayanmayacağını da qeyd edib.