BAKI, 24 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir hərbçisi Bəhreyndə İran hücumlarını dəf edərkən həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Krallığın Silahlı Qüvvələrinin Baş Komandanlığı qardaş BƏƏ Silahlı Qüvvələrinin bir hərbçisinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasına görə məyusdur.