BAKI, 8 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən diplomatik məhəlləyə pilotsuz uçuş aparatı ilə hücum cəhdi qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı diplomatik məhəlləni hədəf almağa cəhd etsə də, hücumun qarşısı alınıb.
Nazirliyin məlumatına görə, pilotsuz aparatın yerə düşməsi nəticəsində xəsarət alan olmayıb və ərazidə heç bir dağıntı qeydə alınmayıb.