BAKI, 22 aprel. TELEQRAF

Aprelin 21-dən etibarən İranın hava məkanı qismən açılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti öz vətəndaşlarına İranı dərhal tərk etməyə çağırıb.

İranı tərk etmək istəyən ABŞ vətəndaşları hava yolu ilə yanaşı, quru yolla Azərbaycan, Ermənistan, Türkiyə və Türkmənistana da keçə bilərlər.

Eyni zamanda, vətəndaşlara Əfqanıstan, İraq və Pakistan-İran sərhəd bölgələrinə səyahət etməmək tapşırılıb.

Bildirilib ki, İran hökuməti ABŞ vətəndaşlarının ölkədən çıxışına mane ola və ya onlardan "çıxış rüsumu" tələb edə bilər. ABŞ və İranın ikili vətəndaşlığına sahib olan şəxslər isə ölkəni mütləq İran pasportu ilə tərk etməlidirlər.