BAKI, 22 aprel. TELEQRAF

“Yaxın gələcəkdə Qazaxıstan və Gürcüstan hər iki ölkənin bütün istiqamətlərdə imkanlarını əks etdirən strateji tərəfdaşlıq sənədi imzalayacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qazaxıstana səfərinin yekununda jurnalistlərə deyib.

“Səfər çərçivəsində Qazaxıstan Prezidenti (Kasım-Jomart Tokayev) ilə görüşüm oldu. Bəyan etdik ki, ticarət və iqtisadiyyatın müxtəlif sahələrində birləşdirən ənənəvi dostluğumuz bizdən strateji tərəfdaşlıq sənədinin imzalanmasını tələb edir. Bu barədə razılığa gəldik, yaxın gələcəkdə Qazaxıstan və Gürcüstan hər iki ölkənin bütün istiqamətlərdəki imkanlarını və qarşılıqlı faydalı prosesləri əks etdirən strateji tərəfdaşlıq sənədi imzalayacaq”, - Kavelaşvili bildirib.