BAKI, 22 aprel. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron aprelin 18-də Livanın cənubunda hava hücumu nəticəsində yaralanan BMT-nin Livandakı Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən daha bir fransız əsgərinin öldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, Fransa lideri "X"də yazıb: "Dünən Livandan vətənə qaytarılan Piyada Alayının əsgəri Anis Jirardin aldığı yaralardan bu gün səhər vəfat edib. O, Hizbullah döyüşçüləri tərəfindən ağır yaralanmışdı."

Makron əsgərin ailəsinə başsağlığı verib.

Aprelin 18-də Livanda BMT sülhməramlı kontingentinin tərkibində olan fransız əsgər Florian Montorio öldürülmüşdü. Daha üç əsgər isə yaralanmışdı.

Hizbullah fransız əsgərinin ölümündə hər hansı bir əlaqəsi olduğunu inkar edib.