BAKI, 22 aprel. TELEQRAF
Bu ilin iyunun 12-də Ali Məhkəmənin Elmi-məsləhət şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Bu barədə Teleqraf-a məhkəmədən məlumat verilib.
Məlumata görə, iclasda “Məhkəmələr tərəfindən mübahisələrə baxılarkən inzibati praktikada bərabər yanaşma və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi məsələlərinə dair “ müzakirələrin təşkili planlaşdırılıb:
"Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka və yazılı mülahizələrini təqdim etməyə dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 5 iyun 2026-cı il tarixədək aşağıdakı elektron ünvana müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur".
Seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
Tədbirlə bağlı geniş məlumatı buradan tanış olmaq olar.