BAKI, 22 aprel. TELEQRAF

“Orta Dəhlizi Gürcüstansız təsəvvür etmək ağlabatan deyil”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qazaxıstana səfərinin yekununda jurnalistlərə deyib.

“Orta Dəhliz mövzusu bütün ölkələr üçün çox cəlbedicidir, xüsusən də öz funksiyasını daha da artırdığı vaxtda. Hamıya məlumdur ki, bu proses Gürcüstansız ağlabatan deyil, hamımız yekdilliklə bununla razıyıq. Ölkəmizin çox yaxşı imkanları var”, - Kavelaşvili bildirib.