BAKI, 22 aprel. TELEQRAF
Almaniyanın “Bayer Leverkuzen” klubunun futbolçusu Alexandro Qrimaldo yayda komandasını dəyişəcək.
Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi artıq Türkiyə təmsilçisi “Beşiktaş”la şəxsi şərtlərdə razılıq əldə edib.
Transferin reallaşması üçün əsas maneə isə “Bayer Leverkuzen”lə razılıqdır. Alman klubu müqaviləsi 2027-ci ilə qədər davam edən oyunçu üçün ən azı 20 milyon avro tələb edir.
Daha öncə Qrimaldonun adı “Barselona” ilə hallanırdı.
Qeyd edək ki, ispaniyalı futbolçu “Bayer Leverkuzen” forması ilə keçirdiyi 140 oyunda 30 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.