BAKI, 22 aprel. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistan xarici işlər naziri İshaq Darla telefon söhbəti zamanı ABŞ-İran danışıqlarını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ABŞ-İran danışıqlar prosesindəki son durumu müzakirə ediblər.
Hakan Fidan və İshaq Dar Pakistanla Türkiyənin tərəflər arasında razılaşmanı asanlaşdırmaq üçün göstərdiyi səylər barədə məlumat mübadiləsi aparıb.