BAKI, 22 aprel. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Ukrayna üçün 90 milyard avroluq krediti və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-dəki Kipr nümayəndəliyi məlumat yayıb.

Sənədlər Aİ Xarici İşlər Şurası tərəfindən yekun təsdiq üçün yazılı prosedurdan keçəcək.

Yazılı prosedurun aprelin 23-də Aİ liderlərinin Kiprdəki görüşündə tamamlanması gözlənilir.