İsrail Müdafiə Ordusu Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsində Hizbullah hərəkatının obyektlərinə qarşı yeni zərbələr seriyasına başladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı bəyanatda bildirilib.

Açıqlamada qeyd olunur ki, hazırda İsrail Müdafiə Ordusu Beyrutun Dahiyə rayonunda yerləşən Hizbullah obyektlərinə qarşı bir sıra zərbələr endirir.

İsrail tərəfi hücumların təfərrüatları və zərbələrin nəticələri barədə hələlik əlavə məlumat açıqlamayıb.