BAKI, 8 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Səudiyyə Ərəbistanı krallıq ərazisinin İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcək.

Teleqraf xəbər verir ki, İran xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla daimi əlaqədə olduğunu ddeyib: "Səudiyyə tərəfi öz ərazisindən - hava məkanı və ya ərazi sularından İrana qarşı istifadəsinin qarşısını almaqda qətiyyətlidir. Tehran qonşularını düşmən hesab etmir. Amerika bazalarının regionda olması yalnız qeyri-sabitlik gətirib. ABŞ və İsrailin təcavüzü bütün regionu risk altına qoyub".