BAKI, 7 mart. TELEQRAF
İsrail ordusu Tehranda SEPAH-ın hava qüvvələrinin komandanlıq mərkəzinə zərbələr endirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin hərbi hədəflərinə qarşı genişmiqyaslı bir sıra zərbələr endirib. Bu seriyadakı əsas zərbələrdən biri hava vəziyyətini qiymətləndirmək və İran hava məkanını qorumaqdan məsul olan SEPAH-ın komandanlıq mərkəzidir. Bu komandanlıq mərkəzi Tehranda əsas hava hücumundan müdafiə komandanlıq məntəqəsi olub".