BAKI, 19 fevral. TELEQRAF

İsraildə müxtəlif xidmətlər mümkün ABŞ-nin İrana zərbəsi fonunda ən yüksək döyüş hazırlığı rejiminə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, fövqəladə yardım xidmətlərinə və Daxili Cəbhə Komandanlığına müharibəyə hazırlaşmaq tapşırığı verilib. Müxtəlif güc strukturları müdafiə hazırlığının ən yüksək səviyyəsini elan edib, müdafiə qurumları isə gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Rəsmilərin fikrincə, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İrana qarşı genişmiqyaslı zərbə endirməyi planlaşdırır. Bununla belə, dəqiq vaxt məlum deyil və yekun qərarın məhz Amerika liderindən asılı olduğu vurğulanır.