BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Tehranla danışıqlar dalana dirənəcəyi təqdirdə hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını bildirib.
Teleqraf xəbər verir ki, bunu Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Trampın qarşısında hadisələrin inkişafı üçün bir çox variant var.
Onun sözlərinə görə, ABŞ-nin çox güclü silahlı qüvvələri mövcuddur və prezident onların istifadəsinə hazır olduğunu artıq nümayiş etdirib. Eyni zamanda, Trampın güclü diplomatik komandası da var və o, bu imkanlardan da istifadə etməyə hazır olduğunu göstərib.
Vens qeyd edib ki, prezident diplomatiyanın onun fikrincə təbii sonuna çatdığı anı demək hüququnu özündə saxlayır. Vitse-prezident vurğulayıb ki, Vaşinqton ümid edir ki, bu mərhələyə gəlib çatılmayacaq, lakin əgər belə olarsa, qərar prezident tərəfindən veriləcək.