BAKI, 8 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalında silahlı radikalların İsrail hərbçilərinin mövqelərinə yaxınlaşdığını qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bir neçə terrorçu “sarı xətt”i keçərək İsrail qoşunlarına yaxınlaşıb və hərbçilər üçün birbaşa təhlükə yaradıb. Nəticədə Hərbi Hava Qüvvələrinin zərbəsi ilə onlardan biri məhv edilib və təhlükə aradan qaldırılıb.

Bildirilib ki, İsrail bölmələri atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağında mövqelərini qoruyur və hər hansı birbaşa təhlükənin aradan qaldırılması üçün fəaliyyətini davam etdirəcək.