BAKI, 5 fevral. TELEQRAF
Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən danışıqlar konkret addımlar və praktiki həll yollarına fokuslanıb.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov fevralın 4-də Əbu-Dabidə Rusiya ilə keçirilən danışıqları şərh edərkən deyib.
O bildirib ki, müzakirələr konkret addımlara və praktiki qərarların hazırlanmasına yönəlib.
Onun sözlərinə görə, hazırda Ukrayna nümayəndə heyəti danışıqların nəticələri ilə bağlı Prezident Volodimir Zelenskiyə təqdim olunacaq məruzəni hazırlayır.