BAKI, 28 sentyabr. TELEQRAF

"Rusiya və Almaniya xarici işlər nazirləri Sergey Lavrov və Yohann Vadeful arasında keçirilən görüş Berlin tərəfi üçün heç bir əsaslı nəticə verməyib. Almaniya tərəfinin belə bir görüş tələb etməsinin məqsədi Rusiya üçün sirr olaraq qalır".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski deyib.

O, Lavrov və Vadeful arasındakı görüşün son anda Almaniya tərəfinin xahişi ilə baş tutduğunu bildirib.

Lyubinski qeyd edib ki, görüş 20 dəqiqədən çox çəkməyib: "Almaniya tərəfindən heç bir əsaslı fikir eşitmədik, ona görə də təşəbbüsün özü müəyyən bir sirr təqdim edir".