BAKI, 4 fevral. TELEQRAF

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci raundu başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.

Qeyd edək ki, yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.