BAKI, 1 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Çinlə münasibətlərə dair açıqlamasında bütün məsələlər üzrə yalnız ÇXR sədri Si Cinpinlə ünsiyyətdə olduğunu deyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Floridaya uçuşu zamanı jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, Çinlə bağlı məsələlərdə onun baxışına əsasən ölkədə yalnız bir əsas qərarverici şəxs var.

“Çində mənim üçün bir boss var və o da sədr Si Cinpindir. Mən məhz onunla işləyirəm”, – Tramp deyib.

Amerika lideri Çində yüksək rütbəli hərbi rəhbərliklə bağlı aparılan istintaqın regionda, xüsusilə Tayvan boğazında, sabitliyə təsiri ilə bağlı suala birbaşa cavab verməyib. O, yalnız Si Cinpinin Çində böyük nüfuza malik olduğunu və ciddi hörmət qazandığını vurğulayıb.