BAKI, 27 yanvar. TELEQRAF

Fransa həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Ankarada səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu gün Hakan Fidanla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib:

"Bu çərçivədə sərhədlərin yenidən açılması, regional əməkdaşlığın və qarşılıqlı əlaqələrin artırılması hər iki dövlətin suverenliyi prinsipi əsasında regionun rifahı və bütün tərəflərin maraqları baxımından son dərəcə vacibdir".