BAKI, 27 yanvar. TELEQRAF

Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç ölkəsinin Ukrayna münaqişəsinin maliyyələşdirilməsində iştirak etməyəcəyini və Kiyevə dəstəyi davam etdirməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

Kovaç qeyd edib ki, Budapeşt Brüsselə açıq mesaj göndərir və Rusiya-Ukrayna münaqişəsinə görə ödəniş etməyəcək.

Onun sözlərinə görə, Macarıstan növbəti on il ərzində Ukraynanın fəaliyyətinin saxlanılması üçün vəsait ayırmaq niyyətində deyil, eyni zamanda bu səbəbdən kommunal xidmətlər üzrə artan xərcləri də ödəmək istəmir.