BAKI, 3 aprel. TELEQRAF
Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.
H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.