BAKI, 3 aprel. TELEQRAF
Qırğızıstanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsi referenduma çıxarılacaq.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amangəldiyev bildirib.
“Biz xalqla məsləhətləşəcəyik. Lakin başa düşürük ki, bu məsələnin arxasında enerji böhranının həlli dayanır. Ölkə iqtisadiyyatı böyüyür və bu, əlavə güclər tələb edir”, - o qeyd edib.