BAKI, 16 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiya planı ilə razılaşmayan ölkələrə ticarət tarifləri tətbiq etmək ehtimalını yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, Donald Tramp tibb işçiləri ilə görüşündə ölkələrin Qrenlandiya ilə bağlı razılığa gəlməsələr, onlara tariflər tətbiq edə biləcəyini söyləyib.
Trampın sözlərinə görə, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün vacibdir və sanksiyalar onun sərəncamında olan təzyiq alətidir.
Prezident həmçinin əlavə edib ki, özünü "tariflərin kralı" hesab edir.