BAKI, 15 yanvar. TELEQRAF

İran hakimiyyəti ölkədə baş verən proseslərə tam nəzarət edir və hazırda islam respublikasında sabitlik hökm sürür.

Teleqraf xəbər verir ki, bunu Abbas Ərəqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, vəziyyət normallaşıb və gərginlik azalıb: “Hazırda ölkədə sakitlik bərqərar olub. Biz vəziyyətə tam nəzarət edirik və ümid edirik ki, sağlam düşüncə qalib gələcək. Hamı üçün fəlakətli ola biləcək yüksək gərginlik mərhələsinə qayıtmarıq”, – deyə Əraqçi qeyd edib.