BAKI, 2 yanvar. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə, o cümlədən qrupun elit Radvan bölməsinin istifadə etdiyi təlim poliqonuna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb.

Bu obyekt İsrail qüvvələrinə və mülki şəxslərə qarşı hücumları planlaşdırmaq, eləcə də həyata keçirmək, silah təlimlərinin keçirilməsi üçün istifadə edilib. İsrail ordusu bu əməliyyatların İsrail və Livan arasındakı razılaşmaları pozuduğunu açıqlayıb. Hizbullahdan gələn təhdidlərə qarşı tədbirlərinin görüləcəyi bildirilib.