BAKI, 2 yanvar. TELEQRAF

Türkiyənin ən uzun çayı Kızılırmak donub.

Teleqraf xəbər verir ki, Türkiyənin Sivas şəhərində iki gündür davam edən güclü qar səbəbindən Kızılırmak çayı donub.

Şəhərdə havanın temperaturu -19 dərəcə qeydə alınıb.

Uzunluğu 1355 kilometr olan və Türkiyənin ən uzun çayı sayılan Kızılırmak çayının şəhərin mərkəzindən keçən hissəsi buzla örtülüb, qalın buz təbəqələri yaranıb.

Bildirilib ki, soyuq hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.