BAKI, 2 yanvar. TELEQRAF
2025-ci ilin dekabr ayının sonuna qədər Avropanın yeraltı anbarlarından (UGS) qaz hasilatı 2024-cü il səviyyəsi ilə müqayisədə 2% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə
Avropa Qaz İnfrastrukturunun (GIE) məlumatlarında qeyd edilib.
Bildirilir ki, dekabrda Avropanın anbarlarına qazın vurulması son 11 ilin ən aşağı səviyyəsinə düşüb – 951 milyon kubmetr. Eyni zamanda, yeraltı qaz anbarlarından hasilat 15,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 2% azdır.
Avropanın yeraltı anbarlarından qazın çıxarılması mövsümü 2025-ci il martın 28-də başa çatıb. Həmin tarixdə anbarda ehtiyatların həcmi 33,57% olub. 2025-ci ilin dekabrın sonuna Avropanın yeraltı qaz anbarları 62,24% dolu olub (son beş il ərzində həmin tarix üçün orta göstəricidən 11,7 faiz bəndi aşağı). Həmin vaxt anbarlarda 69 milyard kubmetr qaz var idi.
2025-ci ilin dekabr ayının nəticələrinə görə, qazın orta qiyməti noyabr ayı ilə müqayisədə 9% (təqribən 334 ABŞ dolları) ucuzlaşıb.