BAKI, 2 yanvar. TELEQRAF
2026-cı ildə Polşada 300 minə qədər insan hərbi xidmətə və təlimə çağırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının qərarında deyilir.
Qeyd olunur ki, bu il 300 min nəfərin müxtəlif xidmət və təlimlərə çağrılması planlaşdırılır. Konkret olaraq, 13500-ə qədər insan peşəkar hərbi xidmətdən keçəcək. 200.000 nəfər isə digər təlimlərə yazılacaq.
Noyabrda "Reuters" Polşa Müdafiə Nazirliyinə istinadən Varşavanın yeni hərbi təlim proqramına başlayacağını və 2026-cı ilə qədər 400 000-ə yaxın şəxsi heyətin hazırlanmasını planlaşdırdığını açıqlamışdı.
Məqalədə qeyd olunur ki, Polşa Silahlı Qüvvələri artıq NATO-nun üçüncü ən böyük ordusuna çevrilib və respublika növbəti onillikdə öz qoşunlarının sayını artırmağı planlaşdırır.