BAKI, 2 yanvar. TELEQRAF

2025-ci ilin sonunda Avropada yeraltı anbarlardakı (UGS) qaz ehtiyatları əvvəlki illə müqayisədə 10,6 milyard kubmetr az olub.

Teleqraf xəbər verir ki, bu barədə "Qazprom"un bəyanatında deyilir.

Qeyd edilir ki, ümumilikdə, 31 dekabr 2025-ci il tarixinə Avropanın yeraltı qaz anbarlarında 63 milyard kubmetr qaz olub. Bu da 2024-cü il dekabrın 31-i ilə müqayisədə 10,6 milyard kubmetr azdır.

Xatırladaq ki, texnoloji baxımdan yeraltı qaz anbarlarında qaz ehtiyatlarının azalması məhsuldarlığı aşağı salır.

Rusiya şirkətindən qeyd edilib ki, qışın ilk ayının sonunda Niderlandın yeraltı anbarlarının doluluq nisbəti 50%-dən aşağı düşüb.

Bundan əlavə, qazın 60%-dən az hissəsi Slovakiya və Macarıstan anbarlarında qalır. Keçən mövsümdə Slovakiya anbarlardan bu həcmdə hasilata fevralın 1-dən, Macarıstanda isə yanvarın 20-dən başlanılıb.