BAKI, 2 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ilə yalnız bir telefon danışığımız olub.

Teleqraf xəbər verir ki, bunu
Venesuela prezidenti Nikolas Maduro müsahibəsində açıqlayıb:

"Yalnız bir dəfə telefon danışığımız olub. Tramp noyabrın 21-də Miraflores sarayında olarkən Ağ Evdən mənə zəng etdi. 10 dəqiqə danışdıq və söhbətimiz qarşılıqlı hörmətli çrəçivəsində keçdi", - deyə Maduro bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti narkotiklərlə mübarizə sazişini müzakirə etməkdə ciddidirsə, buna hazırdılar:

”Onların neftə ehtiyacı varsa, Venesuela “Chevron”da olduğu kimi Amerika sərmayəsinə hazırdır”, – Venesuela prezidenti bildirib.