BAKI, 2 yanvar. TELEQRAF
Avropa İttifaqında bir işçiyə düşən orta illik əmək haqqı 39,808 avrodur.
Teleqrad "Euronews"a istinadən xəbər verir ki, Lüksemburqda orta illik əməkhaqqı 82 969 avrodur.
Lüksemburqdan başqa, daha beş ölkədə - Danimarka, İrlandiya, Belçika, Avstriya və Almaniyada orta əmək haqqı 50.000 avronu keçir.
Bolqarıstanda 15 mın avro təşkil edir. Yunanıstan və Macarıstanda da bir işçiyə düşən orta illik əmək haqqı 20 min avrodan aşağıdır