BAKI, 2 yanvar. TELEQRAF

London Fond Birjasının ən böyük bazar kapitallaşmasına malik 100 şirkətin səhmlərinə əsaslanan FTSE 100 indeksi ilk dəfə simvolik 10.000 ballıq həddi keçib.

Teleqraf xəbər verir ki, bu barədə Sky News 2026-cı ilin ilk ticarət sessiyasının açlışına istinadən məlumat verib:

"Bu, 1984-cü ildə istifadəyə verildiyi vaxtdan bəri indeksin tarixində ən əlamətdar ticarət sessiyasıdır.

Sky News-un xəbərinə görə, FTSE 100 indeksi 2025-ci ildə 40 dəfədən çox tarixin ən yüksək səviyyəsinə çatıb. Əvvəlki simvolik həddi 9000 balı iyulda keçib.