BAKI, 2 yanvar. TELEQRAF
Finlandiya apardığı rusofobiya siyasətini ödəməli olacaq. Finlandiya ilə Rusiya arasında münasibətlər həmişəlik dəyişib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya prezidenti Aleksandr Stubbın Yeni il müraciətini şərh edərkən deyib:
Hansısa Stubb adlı bir oğlan deyir ki, Finlandiyanın Rusiya ilə münasibətləri həmişəlik dəyişib. Razıyam. Ümid edirəm ki, Rusiya heç vaxt bolşeviklərin 1917-ci ildəki səhvini təkrarlamayacaq. Finlandiya öz rəzil rusofobiyasının əvəzini ödəməli olacaq”, – deyə Medvedev "X" platformasında yazıb. Diqqəti cəkən onun bu, paylaşımı ingilis dilində olub.
Bundan əvvəl Stubb xalqa Yeni il müraciətində Finlandiyanın Rusiya ilə münasibətlərinin həmişəlik dəyişdiyini bəyan etmişdi.