BAKI, 2 yanvar. TELEQRAF
Ukrayna Prezidenti ilə görüşdən sonra Budanov Zelenskinin ofisinə rəhbərlik etmək təklifini qəbul edib.
"Vlodimir Zelenskinin prezident aparatına rəhbərlik etmək təklifini qəbul etdim. Mən Ukraynaya xidmət etməyə davam edirəm", - deyə, o, "Telegram"da yazıb.
Ukrayna Prezident admnistrasiyasının rəsmi saytında hələlik Budanovun ofis rəhbəri təyin edilməsi ilə bağlı sənədlər dərc edilməyib
15:40
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanova ofisinə rəhbərlik etməyi təklif edib.
Teleqraf xəbər verir ki, korrupsiya qalmaqalı fonunda ofisin əvvəlki rəhbəri Andrey Yermakın işdən çıxarılmasından bir aydan çox vaxt keçib.
"Mən Kirilo Budanovla görüşdüm və ona Ukrayna Prezident Aparatının rəhbəri vəzifəsini təklif etdim. Hazırda Ukrayna daha çox təhlükəsizlik məsələlərinə, Müdafiə Qüvvələrinin inkişafına və təhlükəsizliyinə, o cümlədən danışıqlarda diplomatik yollara diqqət yetirməlidir”, - deyə Ukrayna Prezidenti bildirib.