BAKI, 2 yanvar. TELEQRAF
ABŞ-nin İranın daxili işlərinə qarışması Yaxın Şərqdə sabitliyin bütövlükdə pozulmasına gətirib çıxaracaq. Eləcə də Vaşinqtonun regiondakı bütün maraqları məhv olacaq.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın iranlı etirazçıları dəstəkləməklə bağlı hədələrinə cavab olaraq deyib:
"Hesab edirik ki, etiraz edən sahibkarların dağıdıcı elementlərlə heç bir əlaqəsi yoxdur. Tramp başa düşməlidir ki, ABŞ-ın bu daxili məsələyə müdaxiləsi bütün (Yaxın Şərq) regionda sabitliyi pozmağa və Amerikanın maraqlarını məhv etməyə bərabərdir”, - deyə o, "X" platformasında qeyd edib.
13:06
İranda dinc nümayişçilərin öldürülməsi davam edərsə, ABŞ onlara yardım etməyə hazırdır.
Teleqraf xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
"İran adəti üzrə dinc nümayişçiləri güllələyib vəhşicəsinə öldürərsə, Birləşmiş Ştatlar onların köməyinə gələcək”- deyə, Tramp "Truth Social"da yazıb