BAKI, 2 yanvar. TELEQRAF

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.