LƏNKƏRAN. 2 yanvar, TELEQRAF

Cəlilabad rayonunun dağlıq ərazilərində qarlı hava şəraiti müşahidə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qar əsasən rayonun dağlıq hissəsində yerləşən Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərinə yağıb.

Məlumata görə, qeyd olunan kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb, daha yüksək dağlıq ərazilərdə isə qar örtüyü 25 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti davam edir, qar yağması müşahidə olunur