BAKI, 2 yanvar. TELEQRAF
Məlum olduğu kimi, bu gün Azərbaycanın bir sıra rayonlarına qar yağıb.
Teleqraf-ın məlumatına görə, yağan qar təbiətə gözəllik qatsa da, bir sıra ərazilərdə hərəkəti çətinləşdirib.
Tovuzun Böyük Qışlaq və digər kəndlərində vəziyyət daha ciddi hal alıb. Xüsusən kəndi rayon mərkəzi ilə birləşdirən avtimobil yolunda maşınların hərəkətində ciddi çətinliklər yaradıb.
Bundan başqa, Laçında da gecə saatlarından başlayan yağışlı hava səhər qarla əvəzlənib. Hazırda Laçında havanın temperaturu -2 dərəcədir.
Cəlilabadda isə qar əsasən rayonun dağlıq hissəsində yerləşən Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərinə yağıb.
Məlumata görə, qeyd olunan kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb, daha yüksək dağlıq ərazilərdə isə qar örtüyü 25 sm-ə çatıb.
Bu bölgələrdən lentə aldığımız fotoları təqdim edirik: