BAKI, 2 yanvar. TELEQRAF

Qar fırtınası səbəbindən yüzlərlə avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.

Teleqraf xəbər verir kı, bu barədə "Telegram" kanallarında qeyd edilib.

"Yuxarı Lars və Krestovı aşırımı yolları bütün nəqliyyat vasitələri üçün bağlıdır. Ərazidə qartəmizləyən maşınlar dayanmadan işləyir. Tıxacda qalanlar arasında ruslar, o cümlədən uşaqlı ailələr də var", - deyə bildirilib.

Bəzi turistlər hotel bronlaşdırdıqlarını və pul itirdiklərini deyiblər. Sərhədin açılma tarixi açıqlanmayıb.

Bundan əvvəl Krasnodar diyarında minlərlə rusiyalının Yeni ili qatarlarda qeyd etdiyi bildirilirdi.