BAKI, 2 yanvar. TELEQRAF

2025-ci ildə 10-u qadın olmaqla 128 jurnalist və media işçisi öldürülüb. Siyahıya qəzalar nəticəsində 9 nəfərin ölümü daxildir.

Teleqraf xəbər verir ki,
bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məlumat yayıb.

Yaxın Şərq və ərəb dünyası 2025-ci ildə öldürülən jurnalistlərin sayına görə rekorda imza atıb – 74 nəfər.

Asiya-Sakit okean regionunda 15, Avropada 10, Afrikada 9, ABŞ-də 11 jurnalist qətlə yetirilib.