BAKI, 2 yanvar. TELEQRAF
On ildən artıq müddətdə ilk dəfə "Apple" illik smartfon buraxılış qərarını dəyişib. Belə ki, şirkət 2026-cı ildə "iPhone 18" modelini buraxmayacaq.
Teleqraf xəbər verir ki, "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və qatlana bilən "iPhone" 2027-ci ilin yazından əvvəl bazara çıxarılmayacaq.
Bu o deməkdir ki, hazırkı "iPhone 17" 18 aydan çox bazarda mövcud baza təklifi olaraq qalacaq.