BAKI, 2 yanvar. TELEQRAF

Cənubi Koreyada keçmiş prezident Yun Seok-yulun həbs müddəti daha altı ay uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Keçmiş prezident 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə bağlı düşmən dövlətə yardım da daxil olmaqla bir neçə başqa cinayətdə ittiham olunub.

Xatırladaq ki, Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidentinin həbsinə ötən ilin iyulunda order verib. Qərar onun 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlıdır.

O zaman prezident öz qərarını Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının zəruriliyi ilə izah edib. Bir neçə saat sonra parlament tətbiq olunan rejimin ləğvinə səs verib. 2024-cü il dekabrın ortalarında isə Cənubi Koreya qanunvericiləri prezidentin impiçmenti üçün səs veriblər.