BAKI, 2 yanvar. TELEQRAF
Avropa İttifaqı ölkəsi Bolqarıstan milli valyutası levdən avroya keçib.
Teleqraf xəbər verir ki, Bolqarıstan 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür.
Təxminən 19 il sonra ölkə avrozonaya inteqrasiyasını başa çatdırıb.
Bolqarıstan levinin sabit məzənnəsi avroya 1,95583 olaraq müəyyən edilib və bu, onu avrozonada 21-ci ölkə edir.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Bolqarıstanın avrozonaya daxil olması ilə bağlı qərarı 8 iyulda təsdiqləyib.