BAKI, 2 yanvar. TELEQRAF
Nüfuzlu “Transfermarkt” portalı ən bahalı hücumçularının növbəti reytinq siyahısını dərc edib.
Teleqraf xəbər verir ki, siyahıda ilk pilləni 200 milyon avro qiymətlə üç futbolçu bölüşür.
Bunlar Erlinq Holand ("Mançester Siti", İngiltərə), Lamin Yamal ("Barselona", İspaniya) və Kilyan Mbappedir ("Real Madrid", İspaniya).
Onları 150 milyon avroluq dəyərlə "Real Madrid"in digər ulduzu Vinisius Junior izləyir. Növbəti sıralarda isə hər biri 130 milyon avro dəyərində olan Bukayo Saka ("Arsenal", İngiltərə), Aleksander İsak ("Liverpul", İngiltərə) və Maykl Olise ("Bavariya", Almaniya) qərarlaşıblar.